USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə Müdafiə nazirinin təbriki

ASAN Radio Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə Müdafiə nazirinin təbrikini təqdim edir:

Cənab generallar və zabitlər!

Gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi Qurban bayramı münasibəti ilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Ötən əsrin sonlarında Azərbaycan müstəqilliyə qovuşduqdan sonra ölkəmizin dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər, həmçinin xalqımızın milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsi və qorunub saxlanılması dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan xalqının qədim dövrlərdən qeyd etdiyi bayramlar sırasında həmrəylik, bərabərlik və xeyirxahlıq kimi mənəvi keyfiyyətlərin təcəssüm tapdığı Qurban bayramı da ölkəmizdə geniş şəkildə keçirilir. Bu bayram insanları mərhəmətə və mənəvi saflığa ruhlandıran dəyərli adət-ənənələrimizdən biridir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və iqtisadi tərəqqi şəraitində xalqımız bu bayramı da özünəxas təntənə ilə qeyd edir.

Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsini hər zaman olduğu kimi bayram ərəfəsində də ehtiramla yad edərək şəhid ailələrini, torpaqlarımızın düşməndən qorunması uğrunda savaşda sağlamlığını itirən döyüşçülərimizi və müharibə veteranlarını da bayram münasibətilə təbrik edirəm.

İnanıram ki, Hərbi anda və Nizamnamələrə sadiq qalaraq, Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət edəcək, respublikamızın ərazi bütövlüyünün təmin edilməsinə hər an hazır olacaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!