USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AZAL- “Dreamliner”lərin mühərrikində nasazlıq yoxdur

"Boeing 787 Dreamliner" təyyarələrinin mühərriklərində aşkarlanan problem "GEnx-1B PIP2" model mühərriklərə aiddir və artıq istehsalçılardan bu tip mühərrikli təyyarələri istismar edən aviaşirkətlərə əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş gəlib.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin  (AZAL) mətbuat xidmətindən bildirilib.

"AZAL-ın təyyarə parkına daxil olan hər iki "Boeing 787 Dreamliner" təyyarələrində quraşdırılan "General Electric" mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil. Buna baxmayaraq, AZAL-ın mühəndis-texniki heyəti “General Electric” və “Boeing” şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır və lazım gələrsə hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək. Onu da qeyd edək ki, bütün növ hava gəmilərinin aparılan müntəzəm texniki yoxlamaları və auditlər normal istismar zamanı onların təkmilləşdirilməsinə dair bəzi tövsiyələr tələb edə bilər. Bununla bağlı istehsalçılar tərəfindən əlavə servis bülletenləri buraxılır ki, bu da normal dünya praktikasıdır", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “Boeing 787 Dreamliner” ən müasir sərnişin təyyarələrindən biridir. 250-dən çox bu tipli təyyarələr dünyanın 29 ölkəsində 30-dan çox aviaşirkət tərəfindən istismar olunur. Bu tipli təyyarənin ümumi uçuş müddəti 3 milyon saatdan çoxdur.

Xatırladaq ki, ABŞ AZAL-ın da parkında yer alan “Boeing 787” təyyarələrinin mühərriklərində ciddi problem aşkarlandığını bəyan edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!