USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda qurbanlıq heyvanların satış yarmarkaları təşkil olunub

Bakıda qurbanlıq heyvanların satış yarmarkaları təşkil olunub.

ASAN Radio xəbər verir ki, qurbanlıq heyvanların satışı Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 26 (Keşlə bazarının yanı); Xətai rayonu, “Nargilə” kafesinin yanı; Səbail rayonu, Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi, 8 (Parkın yanı ); Yasamal rayonu, Şərifzadə küçəsi, 196 ("İdeal" şadlıq sarayının həyəti) ünvanlarında təşkil olunub.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq ilk dəfə Kənd Təsərrüfatı Nazirliyi tabeçiliyində olan damazlıq təsərrüfatlarda yetişdirilən xırdabuynuzlu erkək heyvanların satışını təşkil edib. Təşkil olunan satış yarmarkalarına 3 minə yaxın xırdabuynuzlu erkək heyvan çıxarılıb. Heyvanların hamısı müayinədən keçirilib və sağlamdır.

Nazir müavininin sözlərinə görə, Bakının 4 ərazisində belə satış məntəqələri yaradılıb. Satışı nəzərdə tutulan hər bir heyvanın qiyməti 95 manatdır.

“Həmçinin bizim məqsədlərimizdən biri gələcəkdə satış məntəqələrinin sayını artırmaqla bazarda süni qiymət artımının qarşısını almaq, əhalini keyfiyyətli və ucuz ətlə təmin etməkdir. Gələcəkdə bu cür tədbirlərin miqyası daha da genişləndiriləcək. Yarmarkalar gətirilmiş heyvanların hamısı satılanadək davam edəcək”, - deyə nazir müavini vurğulayıb.

İ.Quliyev qeyd edib ki, sahibkarlara da qurbanlıq heyvanların satışı ilə bağlı müraciət edilib. Bakıda ayrılan xüsusi yerlərdə onlar öz sağlam heyvanlarını razılaşdırdıqları qiymətə sata bilərlər.

Nazir müavini əlavə edib ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə gücləndirilmiş iş rejiminə keçib. Baytarlıq xidməti tərəfindən Bakıda 30-a yaxın xüsusi yer ayrılıb, həmin yerlərin 10-da kəsim məntəqələri fəaliyyət göstərir. Bundan başqa, yarana biləcək hər hansı antisanitar vəziyyətə qarşı xidmət tərəfindən müvafiq tədbirlər görüləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!