17/10/2017 22:31

Valyuta USD EUR RUB TRY
Kurs 1.7003 2.0028 0.0297 0.4659


İdmandasan

“Qarabağ” daha bir transferi gerçəkləşdirib


02.09.2017   09:22


“Qarabağ” yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib.

ASAN Radionun məlumatına görə, Azərbaycan çempionu Norveç millisinin üzvü Tarik Elyunussini heyətinə qatıb.

Yunanıstanın “Olimpiakos” klubuna məxsus yarımmüdafiəçi bu mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

Əsasən yarımmüdafiənin sol cinahında oynayan Elyunussi sağ cinah və hücum arxası mövqelərində də çıxış edir.

28 yaşlı futbolçu peşəkar karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib.

Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandasıyla 43 oyuna çıxan Tarik el Yunussi 9 qolla yadda qalıb.




Xəbər lenti

17 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook