USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda avtobusda sərnişin sürücünü boğur - VİDEO

Paytaxtda sərnişin avtobusunda insident baş verib.

ASAN Radio xəbər verir ki, 96 saylı xətt üzrə hərəkət edən sərnişin atvobusunda sərnişinlərdən biri sürücüyə hücum edib.

Buna səbəb isə sürücünün avtobusu dayanacaqdan kənarda saxlamaması olub.

Belə ki, sürücü sərnişinlərə məlumat verib ki, avtobus Heydər Əliyev adına Sarayın arxasından dönərək “5 mərtəbə” adlanan ərazidə son dayanacağa gedəcək. İrəlidə dayanacaq olmadığı üçün də avtobusu saxlamaq mümkün olmayacaq. Lakin, sərnişinlərdən biri avtobusu dayanacaqdan kənarda saxlatmaq istəsə də, sürücü razı olmur. Bu zaman isə həmin sərnişin sürücüyə hücum edərək onu boğmağa başlayıb və qapını məcburi şəkildə açdıraraq dayanacaq olmayan yerdə enir.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət olunacaq.

BNA-nın sektor müdiri Mais Ağayev bildirib ki, 96 nömrəli avtobusda baş verən bu hadisə onu göstərir ki, hələ də bəzi sərnişinlərimiz ictimai nəqliyyatdan istifadə qaydalarını doğru-dürüst anlamır. Bir daha bildiririk ki, müntəzəm marşrut avtobusları ümumi istifadə üçündü və müəyyən olunmuş xətt üzrə hərəkət edərək müəyyən olunmuş məntəqələrdə dayanır. Sərnişin avtobuslarını dayanacaqdan kənar saxlamaq qadağandır. Bu hala yol verən sürücü də, sərnişin də bu cür hərəkətlərdən çəkinməlidir. 

Bir məqamı da qeyd edirik ki, BNA-nın tələbinə əsasən avtobuslarda müşahidə kameralarının olması bu kimi xoşagəlməz halların obyektiv araşdırılması ve günahkarların müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!