26/09/2017 07:36

Valyuta USD EUR RUB TRY
Kurs 1.7007 2.0209 0.0292 0.4853


Dövlət xidmətləri

“ABAD”çı sənətkarlar


05.09.2017   11:23


“ABAD” ilə əməkdaşlıq edən gənc sənətkarlardan biri Bakı şəhəri sakini Pərvanə İsmayıllıdır. O, ASAN Radionun qonağı oldu.

Sənətkarlığa həvəsi Pərvanə İsmayıllını Əzim Əzimzadə adına İncəsənət kollecinə aparıb. Kolleci bitirdikdən sonra o, təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirir. O, rəngkarlıq janrlarında müxtəlif suvenirlər hazırlayır.

Daim ailəsinin dəstəyindən faydalanan Pərvanə xanım həmçinin müxtəlif dərnək və sərgilərdə iştirak edərək daim özünü təkmilləşdirib.

Bilik və bacarıqlarını inkişaf etdirmək, sənətkar kimi formalaşmaq və bu sahədə ailə biznesini qurmaq yolunda Pərvanə xanımın növbəti addımı “ABAD” ilə əməkdaşlığa başlamaq olub.

O, “ABAD”a qoşularaq burada müxtəlif əl işlərinin hazırlanması ilə bağlı təlim keçib, həmçinin satışın təşkili istiqamətində dəstək alıb.

Hazırda onun əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.

Pərvanə İsmayıllı ilə olan müsahibəni aşağıdakı linkdən dinləyə bilərsiniz. 

 

 










ASAN Radio telefonunuzda
Facebook