USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
BMT Sivilizasiyalar Alyansının müxtəlif sivilizasiyaları təbliğ edən zəngin proqramı təşkil ediləcək

"BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycan paytaxtında keçirilməsi barədə qərarın qəbul edilməsi cənab Prezident İlham Əliyevin nəinki ölkəmizdə, hətta beynəlxalq səviyyədə mədəniyyətlərarası, dinlərarası münasibətlərə verdiyi töhfələri, həmçinin cənab Prezidentin liderliyi ilə xalqımızın çoxminllik multikultural və tolerant mədəniyyətinin artıq dünyada bir nümunə, bir model kimi qəbul edilməsi ilə bilavasitə bağlıdır".

Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumun birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.

O, qeyd edib ki, Forumun ölkəmizdə keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Prezident tərəfindən 2015-ci ilin 24 iyul tarixində sərəncam imzalanıb: "Dəfələrlə Təşkilat Komitəsinin iclasları keçirilib və Foruma hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib. Ötən ilin sentyabr ayında və cari ilin 20-27 fevral tarixində BMT və BMT Sivilizasiyalar Alyansının nümayəndə heyəti Bakıda səfərdə olub, tədbirin keçiriləcəyi məkanlara baxış keçirib və dövlət qurumları, Təşkilat Komitəsinin üzvləri ilə görüşlər keçiriblər".

Nazir bildirib ki, keçən dövr ərzində Forumun və Azərbaycanın dünya mədəniyyətləri arasında dialoq qurmaqda əhəmiyyətli yeri, cənab Prezident İlham Əliyevin liderliyi və rəhbərliyi ilə həm ölkə səviyyəsində, həm də beynəlxalq miqyasda həyata keçirilən multikulturalizm siyasəti, Bakı Prosesi barədə xarici ölkələrdə təqdimatlar keçirilib: "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq qatılıb".

Ə.Qarayev deyib ki, forumda Türkiyə Prezidentinin rəhbərliyi ilə yüksək səviyyəli nümayəndə heyəti, BMT-nin yüksək səviyyəli nümayəndə heyəti, Malta Prezidenti, Qazaxıstan və Belarus parlamentlərinin rəhbərləri, Qətər və Türkmənistan Baş nazirinin müavinləri, 20-dən çox ölkənin xarici işlər, dini işlər, təhsil, mədəniyyət və digər sahələr üzrə nazirləri iştirak edəcəklər: "Ümumilikdə iki gün müddətində BMT Sivilizasiyalar Alyansının yüksək rəsmilərin toplantısı, 20-dən çox iclas, Mədəniyyətlərarası innovasiya mükafatının təqdim olunması mərasimi, dünya və Azərbaycan mədəniyyətini, müxtəlif sivilizasiyaları təbliğ edən zəngin mədəni tədbir proqramı təşkil ediləcək. Forumun sessiyaları və yüksək səviyyəli toplantısı BMT televiziyası və internet mərkəzi üzərindən BMT dillərində canlı yayımda olacaq".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!