USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qafqaz Müsəlmanları İdarəsi Myanmada müsəlmanlara qarşı həyata keçirilən soyqırımı qətiyyətlə pisləyir

Azərbaycan və Qafqaz müsəlmanlarının iradəsini ifadə edərək Myanmada Rohinca müsəlmanlarına qarşı həyata keçirilən soyqırımı qətiyyətlə pisləyir, insanlıq əleyhinə əməllərin dərhal dayandırılmasını tələb edirik.

ASAN Radio xəbər verir ki, bu sözlər Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında əksini tapıb.

Bəyanatda deyilir: “Məqsəd və məramından asılı olmayaraq, insanların milli, dini, irqi mənsubiyyətə görə kütləvi şəkildə məhv edilməsi genosiddir. Arakanda müsəlmanlara qarşı reallaşdırılan qətliamın dini mənsubiyyət amilinə görə həyata keçirilməsini islamofobiyanın bariz nümunəsi kimi qiymətləndirir, belə halların qətiyyən yolverilməz olduğunu bəyan edirik. Myanmada siyasi ambisiyalar üzərində təşəkkül tapmış bu cür ksenofobiya təzahürləri insanlıq adına ləkədir.

Biz dünya ictimaiyyətini Myanmadakı barbarlıq hallarına, islamofobiya, dini ayrı-seçkiliyin dəhşətli nümunəsinə sərt və birmənalı münasibət bildirməyə çağırırıq. Dünya dövlətləri, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, müvafiq beynəlxalq qurumlar, dünyanın dinindən, əqidəsindən asılı olmayaraq dini liderləri qətiyyətli şəkildə Myanma hökumətini bu cinayətlərə real şəkildə son qoyulmasına çağırmalı, bunun üçün mümkün vasitələrlə təzyiq göstərməlidirlər.

Dünya ictimaiyyəti soyqırımı kimi bəşəri cinayətlərə heç bir vəchlə ikili standartlar mövqeyindən yanaşmamalı, cinayəti adı ilə çağırmalı, ona qarşı monolit müqavimət göstərməlidir. Xocalı soyqırımına məruz qalmış, terrordan və separatizmdən əziyyət çəkən xalq olaraq azərbaycanlılar bəşərə qarşı cinayətlərin ağrı-acısını yaxşı anlayırlar. Tarixi təcrübə göstərir ki, zamanında beynəlxalq qınaqla qarşılanmayan, ədalətli hüquqi-siyasi qiymətini almayan soyqırımları onların təkrarlanmasına rəvac verir.

Hesab edirik ki, Myanmada baş verənlər nəinki müsəlmanlara, bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətdir və məqsəd dinlər arasında qarşıdurma yaratmaq, dözümsüzlük meyillərini alovlandırmaqdır.

Dünya müsəlmanlarının haqlı hiddətinə səbəb olmuş Myanma hadisələri bir daha sübut edir ki, dünyamızın əmin-amanlığı üçün dinlərarası dialoq və mədəniyyətlərarası əməkdaşlıq prioritet olmalı, dinc birgəyaşayışın önəmli şərti olaraq multikulturalizm, dinlərarası həmrəylik və tolerantlıq ideyaları əsas götürülməlidir. Myanmadakı bəşəri faciənin təkrarlanmaması, müqəddəs dəyər olan insan həyatının qorunub saxlanılması naminə dünya ictimaiyyəti planetimizin istənilən nöqtəsində ksenofobiya təzahürlərinin, o cümlədən islamofobiyanın qarşısının alınması məsələsinə biganə qalmamalıdır.

Azərbaycan məhz bu prioritetlərdən çıxış edərək, multikulturalizm, islam həmrəyliyi, dinlərarası dialoq, mədəniyyətlərarası əməkdaşlıq ideyalarını bəyan edir, dinlər arasında dostluq və qardaşlığın vacibliyini təlqin edir.

Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların genosidi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Qafqaz Müsəlmanları İdarəsi bölgənin milyonlarla insanının iradəsini ifadə edərək, dünya ictimaiyyətinə müraciət edir, sivil cəmiyyətlərə başucalığı gətirməyən belə halların heç bir dövlətdə bir daha təkrarlanmaması üçün bütün zəruri tədbirləri görməyə, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyanların cidd-cəhdlə müəyyən olunaraq beynəlxalq məhkəmələrdə mühakimə edilmələrini təmin etməyə çağırır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!