USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev: “Azəri-Çıraq-Günəşli" üzrə müqavilənin müddəti 2050-ci ilə qədər uzadılacaq

“Azəri-Çıraq-Günəşli" üzrə müqavilənin müddəti 2050-ci ilə qədər uzadılacaq.

ASAN Radionun məlumatına görə, bunu Prezident İlham Əliyev “Xankəndi” sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib: “Siz yəqin bilirsiniz ki, bir neçə gündən sonra "Azəri-Çıraq-Günəşli" yatağı üzrə yeni müqavilənin imzalanması nəzərdə tutulur. Biz o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var. Mən xatırlayıram, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda bəzi bizi istəməyən qüvvələr, həm ölkə daxilində, həm də xarici qüvvələr deyirdilər ki, Azərbaycanda kifayət qədər neft yoxdur, "Azəri-Çıraq-Günəşli"də neft azdır, heç bir neft kəmərinin tikintisinə ehtiyac yoxdur, bu kəmər boş qalacaq. İndi biz 20 ildir ki, "Azəri-Çıraq-Günəşli"də neft-qaz hasil edirik. 1997-ci ildən hasilat başlamışdır və 20 ildən sonra yeni müqavilə imzalanır ki, 2050-ci ilə qədər "Azəri-Çıraq-Günəşli"dən neft lazımi səviyyədə hasil ediləcək".

İlham Əliyev vurğulayıb ki, bu, həm də o bədbin, qərəzli fikirlərə bir cavabdır: "Eyni zamanda onu göstərir ki, ölkəmizin çox böyük enerji potensialı var".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!