USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Komitəsində müşavirə keçirilib

Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinə və Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib, Azərbaycanda mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənələrin daima qorunub saxlanıldığını diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri, eyni zamanda, “İslam Həmrəyliyi İli” çərçivəsində görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ASAN Radioya xəbər verilib ki, gündəliyə uyğun olaraq, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyevin məruzəsi dinlənilib. S. Mirzəyev şöbənin fəaliyyətini dini radikalizmə, ekstremizmə, o cümlədən fanatizmə və xurafat meyillərinə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin təbliğ və təşviqi, bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı olaraq həmrəyliyin təbliği istiqamətlərində davam etdirdiyini bildirib. Şöbə müdiri, eləcə də radikalizmə qarşı mübarizə, ona meyillənmədən çəkindirmək, dini radikalizmdən zərər görmüş insanların itki və məhrumiyyətlərini göstərmək, habelə milli-mənəvi dəyərlərin qorunması məqsədilə şöbə tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Hesabat  dövründə şöbə tərəfindən dini icmaların 113 layihəsinin hazırlanmasına nəzarət olunduğunu və onlara metodiki dəstək verildiyini diqqətə çatdıran S.Mirzəyev ümumilikdə dini icmaların təqdim etdiyi 250 layihənin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsinin həyata keçirildiyini deyib.

O, “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda 17 regional konfransın, “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 18 seminar-müşavirənin, “Dini radikalizm və ekstremizmlə mübarizədə hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin təşkili” mövzusunda 8 regional müşavirənin, o cümlədən “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda 6 seminarın, “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda 17 seminar-treninqin  baş tutduğunu da bildirib.

Şöbə tərəfindən “Dövlət və Din” ictimai fikir toplusunun 4, “Cəmiyyət və Din” qəzetinin 8 sayının çapa hazırlandığını bildirən şöbə müdiri nəşrlərdə respublikamızda gedən dini, ictimai-siyasi və mədəni proseslər haqqında məlumatların yer aldığını qeyd edib.

Daha sonra DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfovun bölgədə dövlət-din münasibətlərinin tənzimlənməsi vəziyyətini öyrənmək və bu sahədə  müvafiq işlər görmək məqsədilə şöbənin icra etdiyi işlərin istiqamət və məzmunu barədə məruzəsi dinlənilib. Hesabat dövründə şöbə tərəfindən 84 dini maarifləndirmə tədbirinin keçirildiyini diqqətə çatdıtan Ə.Nəcəfov dini ayrı-seçkilik və ideoloji cəhətdən zərərli dini ədəbiyyatın əhali arasında təbliği və paylanılmasına edilən cəhdlərin qarşısının alınması istiqamətində atılan addımlar barədə də danışıb.

Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!