USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda İndoneziyanın müstəqilliyinin 72-ci ildönümü qeyd edilib

İndoneziyanın Azərbaycandakı səfirliyi ölkənin müstəqilliyinin 72-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

ASAN Radio xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Qəbulda çıxış edən səfir Hüsnan Bey Fananie ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. O bildirib ki, bu bayram həm də Azərbaycan ilə diplomatik münasibətlərin qurulmasının 25-ci ilinə təsadüf edir. İndoneziya Azərbaycanı özünə dost və tərəfdaş hesab edir. İkitərəfli siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Son beş ildə İndoneziya və Azərbaycan arasında 40-dan çox yüksək səviyyəli səfərlər təşkil edilib. Xalqlarımızın bir-birinin mədəniyyətinə böyük hörməti var. Bu gün 67 azərbaycanlı gənc Azərbaycan Dillər Universitetində İndoneziya dilini öyrənir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov qəbulda çıxış edərək Azərbaycan hökuməti adından İndoneziya xalqını əlamətdar gün münasibətilə təbrik edib. Nazir bildirib ki, ölkələrimiz arasında dostluq əlaqələri bütün sahələrdə inkişaf edir. İndoneziya Azərbaycanı bütün müstəvilərdə dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Bakının mövqeyindən çıxış edir.

Nazir İndoneziya ilə Azərbaycan arasında mövcud iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb, bunun üçün iki ölkənin müvafiq qurumlarının tədbirlər görməli olduğunu bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!