21/11/2017 13:59

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


Mədəniyyət

IMAGINE Avropa Tolerantlıq Festivalı ilə bağlı mətbuat konfransı keçirildi - Fotolar/Audioreportaj


07.09.2017   11:37


Roma Müqaviləsinin 60 illik yubileyi münasibəti ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, Park Cinema, Landmark Hotel, DocuBaku, "United Cultures", Baku Media Centre, YARAT ilə birgə əməkdaşlıq çərçivəsində və Turkish Airlines-ın dəstəyi ilə ilk IMAGINE Avropa Tolerantlıq Festivalını təşkil edir. IMAGINE Avropa Tolerantlıq Festivalının əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

ASAN Radio xəbər verir ki, IMAGINE Avropa Tolerantlıq Festivalının keçirilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Qeyd olunub ki, IMAGINE festivalı oktyabr ayının 12-dən 20-ə qədər Bakıda keçiriləcək və bir çox müxtəlif tədbirləri özündə birləşdirəcək: musiqi tamaşaları, debatlar və müzakirələr, film nümayişləri, foto və video müsabiqəsi, incəsənət sərgiləri və s.

Avropa İttifaqının Müvəqqəti İşlər üzrə vəkili Denis Daniilidis çıxış edərək, festivalla bağlı öz fikirlərini bildirib. O qeyd edib ki, festivalın mövzusu tolerantlıqdır: "Bu fikir məndə Buenos-Ayresə səfər zaman yarandı. Orada hava limanında böyük ekranlar var və orada təhlükəsizlik qaydaları yer alır. Ancaq Argentinada bu ekranlarda müxtəlif insan simaları var idi. Bu insanlar müxtəlif etnik mənsubiyyətə malik insanlar idi. Buna görə də mən fikirləşdim ki, Avropada olan dini, etnik müxtəlifliyin qələbəsini göstərən bir tədbir keçirmək lazımdır. Və bu tədbiri Azərbaycan kimi tolerant bir ölkədə keçirmək olar".

Denis Daniilidisin sözlərinə görə, festivalın kino bölməsi xüsusi aktuallığa malikdir. Tolerantlıq və müxtəliflik mövzusunu özündə əks etdirən 20 Avropa sənədli filmi "DokuBaku" Beynəlxalq Sənədli film Festivalı çərçivəsində təqdim olunacaq. "DokuBaku" Beynəlxalq Film Festivalı dünyanın hər yerindən seçilmiş məşhur sənədli və reallığa əsaslanan filmləri Azərbaycan tamaşaçılarına nümayiş etdirəcək. İlk dəfə keçiriləcək olan Festivalın əsas mövzusu sosial və mədəni məsələlərə qarşı yeni yanaşmanı araşdıran Reallığın Yoxlanılmasıdır.

Sonda İmam Həsənovun "HOPE" sənədli filminin nümayiş etdirilib.

Xatırladaq ki, IMAGINE Avropa Tolerantlıq Festivalı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Park Cinema, Landmark Hotel, DocuBaku, "United Cultures", Baku Media Centre, YARAT ilə birgə əməkdaşlıq çərçivəsində və Turkish Airlenes-ın dəstəyi ilə təşkil olunur.

ASAN Radionun mətbuat konfransından hazırladığı audioreportaj:




Xəbər lenti

21 Noyabr
20 Noyabr











ASAN Radio telefonunuzda
Facebook