USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AYİB-ın prezidenti İlham Əliyevin qəbulunda - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə mütəmadi olaraq ölkəmizdə və Davosda keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq Suma Çakrabartinin Azərbaycana müntəzəm səfərlərinin əhəmiyyətini vurğuladı, bu səfərlərin həyata keçirilən işlər və gələcək planlarla bağlı müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığının səviyyəsinin məmnunluq doğurduğunu bildirdi. Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə kredit portfelinin həcminin 3 milyard dollara yaxın olduğunu vurğulayaraq onun böyük hissəsinin özəl sektora yönləndirilməsinin razılıq doğurduğunu dedi və bunun iqtisadiyyatımızın özəl sektorunun genişlənməsinin yaxşı göstəricisi olduğunu bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, həmçinin iqtisadiyyata olan etimadın artmasını nümayiş etdirir və əlavə maliyyə vəsaiti hesabına sahibkarlığa dəstək verməyə kömək edir.

Avropa Yenidənqurma və İnkişaf Bankı ilə gələcək əməkdaşlığımızın uğurlu olacağına ümid etdiyini bildirən dövlətimizin başçısı hazırda qarşıda digər planların və çağırışların olduğunu dedi. Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq yekunlaşdırıldığını və ya tamamlanma mərhələsində olduğunu deyən Prezident İlham Əliyev qarşımızda duran yeni iqtisadi inkişaf proqramının əsas məqsədinin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektora dəstək vermək olduğunu bildirdi, bu istiqamətdə böyük imkanların mövcudluğunu qeyd etdi. Prezident İlham Əliyev nəqliyyat, yeni logistik mərkəzlərin yaradılması ilə bağlı planların həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğuladı.

Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin ölkəmizə səfərinin görüləcək işlərlə bağlı müzakirələrin aparılması üçün imkan yaratdığını dedi.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Prezident İlham Əliyevlə əvvəlki görüşlərini xatırlayaraq həmin görüşlər zamanı əməkdaşlığımızla bağlı səmərəli müzakirələrin aparıldığını vurğuladı və bu səfəri zamanı da əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müəyyən ediləcəyinə əminliyini ifadə etdi.

Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirakı, Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı, özəl sektora dəstək və məişət tullantılarının idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə edildi.   

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!