21/11/2017 14:06

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


Rəsmi

Universiadada Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edildi


08.09.2017   18:08


Prezident İlham Əliyev Çin Xalq Respublikasının Taypey şəhərində keçirilən Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

ASAN Radionun xəbərinə görə, sərəncamda qeyd olunur ki, Tələbələrin XXIX Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

 

- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat;

- komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




Xəbər lenti

21 Noyabr
20 Noyabr











ASAN Radio telefonunuzda
Facebook