USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Şeyxülislam ermənilərin katolikosunun iddiasına cavab verdi

ASAN Radio APA-ya istinadən xəbər verir ki, Rusiya paytaxtında keçirilən Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin görüşündə Şeyxülislam Patriarx Kirilli Bakıdakı erməni kilsəsindəki vəziyyətlə tanış olmağa dəvət edib.

Hacı Allahşükür Paşazadə bildirib ki, 2019-cu ilin avqustunda Bakıda MDB dinlərarası Şurasının iclası keçiriləcək. Şeyxülislam söyləyib ki, Patriarx Kirill həzrətləri bizim ağsaqqalımız olaraq Bakıda olan zaman erməni kilsəsinə baş çəksin, oradakı vəziyyətlə tanış olsun.

Qeyd edək ki, işğal olunmuş Azərbaycan ərazilərində dini və mədəni abidələrin dağıdılması və təhqir olunmasına münasibət bildirən II Qaregin Bakıdakı erməni kilsəsinin heç də kafi vəziyyətdə olmaması iddiasını irəli sürüb, cavab olaraq Şeyxülislam maraqlı olmayan tərəf kimi Patriarx Kirilli Bakıya səfəri zamanı erməni kilsəsini birgə ziyarət etməsini və onun bugünkü vəziyyəti ilə əyani surətdə tanış olmasını təklif edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!