USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda İndoneziya mədəniyyət festivalı keçirilir

Bakıda ikinci İndoneziya mədəniyyət festivalı keçirilir. ASAN Radionun məlumatına görə, festival çərçivəsində ilk olaraq Heydər Əliyev sarayının foyesində sərgi təşkil olunub. Sərgidə İndoneziya mədəniyyət nümunələri nümayiş etdirilib. Daha sonra sərginin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fənani bildirib ki, bu il iki ölkə arasında münasibətlərin 25 illiyi qeyd olunur. O iki ildir Azərbaycanda belə bir festival təşkil etməkdən məmnun olduğunu bildirib: "İndoneziya və Azərbaycan bir sıra beynəlxalq forumlarda müttəfiqdirlər. Bu festival Azərbaycan xalqına, xüsusilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçirilir".

Səfir bildirib ki, İndoneziyada 1340 etnik qrup var. O, Azərbaycanın da zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərə malik olduğunu vurğulayıb: "Hər iki ölkə tolerantlıq  və həmrəyliyin inkişafının vacibliyini anlayır. Müxtəliflik bizi zənginləşdirir. Əminəm ki, bu festival iki ölkənin faydası naminə güclərini birləşdirmək sahəsində körpü rolunu oynayacaq".

Daha sonra tədbir konsert proqramı ilə davam edib. Konserti izləyənlər arasında Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, millət vəkilləri, digər ictimai, siyasi və mədəniyyət xadimləri də olub. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!