USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mehman Əliyev həbsdən buraxılıb

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb.

ASAN Radionun APA-ya istinadən verdiyi məlumatına görə, məhkəmənin bu gün keçirilmiş iclasında onun barəsində həbs qətimkan qərarı dəyişdirilib.

M. Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.

M.Əliyev həbsdə saxlandığı yerdə ona normal münasibət göstərildiyini də qeyd edib.

Qeyd edək ki, Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Qazaxıstandan qayıdandan sonra prezident İlham Əliyevə məsələ ilə bağlı məruzə olunub. Azərbaycan Prezidenti hüquq-mühafizə orqanlarına Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb.

Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!