21/11/2017 14:15

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


İdmandasan

"Neftçi”yə yeni baş məşqçi təyin olundu


11.09.2017   15:27


"Neftçi” PFK-ya yeni baş məşqçi təyin olunub.

ASAN Radionun klubun saytına istinadən məlumat verir ki, komandanı Tərlan Əhmədov çalışdıracaq. Təcrübəli mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

T.Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq. Premyer Liqanın V turu çərçivəsində sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, T.Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. 45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komandamız Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).




Xəbər lenti

21 Noyabr
20 Noyabr











ASAN Radio telefonunuzda
Facebook