USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Quzanlıda Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilib

 

Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilib.

ASAN Radionun məlumatına görə, forum Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilib.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, qədim Azərbaycan torpağı olan Qarabağda bu görüşün keçirilməsi təsadüfi deyil:

“Bu gün hər bir azərbaycanlının qəlbi Qarabağla döyünür, hər bir azərbaycanlının düşüncəsi Qarabağla bağlıdır, hər bir fəaliyyət Qarabağın tezliklə azad olunmasına istiqamətlənib. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bizi tezliklə qələbə çalaraq Qarabağımızı qaytaracağımıza əmin edir. Düşmən və onun havadarları artıq gözəl bilirlər ki, cənab Prezidentin qətiyyətli səyləri nəticəsində torpaqlarımızı qaytaracağımız gün uzaqda deyil və buna görə də onlar çox təşvişə düşüblər, müxtəlif yollarla bizə təsir etmək istəyirlər. Amma onlar bilirlər ki, Azərbaycan vətəndaşı öz Prezidentinə inanır və ona arxalanır, cənab Prezident ətrafında sıx birləşib və onun istənilən göstərişini dərhal əməl eməyə hazırdır. Bu xüsusda gənclərin rolu çox önəmlidir”.

F.Hacıyev qeyd edib ki, Azərbaycan artıq 26 ildir müstəqil fəaliyyət göstərir, inkişaf edir, dünya ölkələri arasında özünə layiqli yer tutur:

“Ölkəmiz regionun lider dövlətidir və bizim ölkəmizin rəyi və razılığı olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Budur bizim reallığımız, bizim gücümüz. Çox təəssüf ki, müstəqilliyimizin ilk illərində ölkəmizə səriştəsiz insanlar rəhbərlik etdi və bunun nəticəsi kimi torpaqlarımızı itirdik. Amma müdrik Azərbaycan xalqı bütün bu çətinliklərdən və uğursuzluqlardan qurtarmaq üçün öz xilaskarına üz tutdu. Ulu Öndər Heydər Əliyev öz xalqını bu çətin məqamlarda birləşdirə bildi, ölkəni xaosdan və parçalanmaqdan xilas etdi, respublikada sabitliyin bərqərar olması üçün və özünün dediyi kimi, müstəqilliyimizin ədəbi, dönməz və sarsılmaz olması üçün əlindən gələni etdi. Bu gün biz öz ölkəmizdə yaşayırıq, inkişaf edirik və Ulu Öndərin görmək istədiyi nəsil yetişdiririk - Azərbaycançılıq ideyaları üzərində formalaşan gənclik”.

Daha sonra çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev bildirib ki, Azərbaycan Prezidentinin qətiyyəli siyasəti nəticəsində bu tədbir Şuşada, Xankəndində də keçiriləcək:

"Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ağır illərində xalqın tələbi ilə hakimiyyətə qayıdışı və qısa müddətdə gördüyü işlər Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılacağına ümidləri artırdı".

O bildirib ki, Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir. Cənab Prezident İlham Əliyevin düşünülçüş siyasəti nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sisetmində etibarlı tərəfdaş kimi tanınır”.

İ.Musayev vurğulayıb ki, aprel döyüşləri xalqın orduya inamını daha da artırdı və Azərbaycan düşmənə öz gücünü göstərdi.

Forumda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, gənclik hər zaman Azərbaycan dövləti üçün önəmli amil olub: "Gənclər hər zaman yenilikçi olur və ən əsası da hər bir gənc öz ölkəsinin müdafiəçisidir. Hər hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əgər ölkəmizi müdafiə etməyi bacarmasaq, öz dövlət təhlükəsizliyimizi təmin etməsək, Vətənimiz olmasa, düşünürəm ki, digər fəaliyyətlərimiz sıfıra bərabər olar. Dünyada baş verən hadisələr bunu bir daha sübut edir”.

İ.Babayev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev gənclər siyasətinə xüsusi diqqət yetirirdi: “Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə də bu ənənə davam edir. Bu gün qarşımızda yeni vəzifələr durur”.

Digər çıxışçılar da Azərbaycanda gənclər siyasəti, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi haqqında danışıblar.

Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Tədbir konsert proqramı ilə davam etdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!