USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Müdafiə naziri Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun qardaşı ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinə ilk rəsmi səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun ailəsi ilə, qəhrəmanın qardaşı Rantik Aqarunovla görüşüb.

 

AZƏRTAC xəbər verir ki, Zakir Həsənov görüşdə çıxış edib. Nazir deyib: “Albert Aqarunov iki qardaş xalqın əsl qəhrəmanıdır, biz onun rəşadətini və igidliyini heç vaxt unutmayacağıq. 1991-ci il oktyabrın 9-da Azərbaycan Milli Ordusu yaradıldı və Albert könüllü olaraq bu orduda xidmət etməyə başladı. Albert Aqarunovun doğma Vətən torpağını necə fədakarcasına və qəhrəmanlıqla qorumasını xatırlayırıq. 1992-ci il ayın 8-də o, Şuşa ətrafında sonuncu döyüşə getdi. Az sonra Aqarunovun heyəti düşmənin ikinci tankını vurdu. Aqarunov mövqeyi dəyişərkən öz tankının düz qabağında həlak olmuş alay yoldaşlarının cəsədlərini gördü. Həmin anda o, nə özü haqqında fikirləşirdi, nə də bu addımın ona necə baha başa gələ biləcəyini düşünürdü. O, yalnız Ermənistan tərəfindən başlanmış müharibənin qurbanları olan belə gənclər və öldürülmüş oğullarının heç olmasa cəsədlərini almaq istəyən analar haqqında fikirləşirdi. Albert həlak olanların yanına qədər qaçaraq onları döyüş meydanından çıxarmağa başladı və elə həmin anda özü erməni snayperinin gülləsinə tuş gəldi. Albert onu öz doğma oğlu kimi böyüdüb boya-başa çatdırmış Azərbaycanı çox sevirdi. 23 yaşlı Albert qısa, lakin şərəfli və igid həyat sürdü. Azərbaycanda onu sevirlər və xatirəsini həmişə ehtiramla yad edirlər. O, əsl qəhrəman, xalqımızın rəşadət nümunəsidir. Biz onun xatirəsini həmişə hörmətlə yad edəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq”.

 

Azərbaycanın Milli Qəhrəmanının qardaşı Rantik Aqarunov Albert Aqarunovun xatirəsinə və onun ailəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib. Rantik Aqarunov deyib: “Mən hər il Albertin doğum günündə Bakıya gəlirəm və görürəm ki, Azərbaycan xalqı mənim qardaşımı unutmur. O, gənc nəsil üçün qürur obyekti və nümunə kimi qalır. Bu yaxınlarda Bakıda Albertin oxuduğu məktəbdə ona abidə qoyulub. Çox şadam ki, bu gün mənim qardaşım Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq rəmzlərindən biridir. Biz fəxr edirik ki, Azərbaycan xalqı və Azərbaycan ordusu Alberti unutmur. 2016-cı ilin aprel ayında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları nəticəsində başlanmış qısamüddətli müharibə dövründə biz Azərbaycan üçün çox həyəcan keçirirdik. Biz, əslən Azərbaycandan olanlar Azərbaycanın haqq işini müdafiə etmək üçün batalyon yaradaraq könüllülər kimi orduya getməyə hazır idik, axı mənim qardaşımın məzarı bu ölkənin torpağındadır. Lakin biz Azərbaycan ordusunun erməni təxribatının qarşısını almaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasının, separatçıları geri çəkilməyə məcbur edərək Azərbaycanın işğal olunmuş torpaqlarının bir hissəsini xilas etməsinin şahidi olduq. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Bu ordu öz qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi və biz buna görə çox fəxr edirik!”

Görüşün iştirakçısı – İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycanın müdafiə nazirinə Albert Aqarunovun ailəsi ilə görüşdüyünə görə təşəkkür edib və Azərbaycan müdafiə nazirinin İsrailə ilk rəsmi səfərinin tarixi əhəmiyyətini qeyd edib. İsrailli ekspert deyib: “Sizin bu səfəriniz bir daha nümayiş etdirir ki, iki dövlət arasında siyasi-diplomatik dialoq, bir sıra istiqamətlər üzrə əməkdaşlıq ən yüksək etimad səviyyəsindədir. İsrail dövləti 25 il bundan əvvəl Cənubi Qafqazda strateji seçim edib. Bu seçim Azərbaycana düşdü və bütün göstəricilər üzrə birmənalı olaraq düzgün seçimdir. Biz, əslən Azərbaycandan olan, hazırda İsraildə yaşayanlar ölkələrimizin strateji tərəfdaşlığı faktına görə qürur duyuruq. Heç kəs üçün gizli deyil ki, həm Azərbaycan, həm də İsrail mürəkkəb geosiyasi regionda yerləşir və bu iki dövlət arasında əməkdaşlıq qarşılıqlı faydalı olmaqla onun böyük gələcəyi var. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir. Bu, birmənalı şəkildə belədir və burada presedentlər yoxdur. Heç bir ölkə onun işğal olunmasına dözməyəcək və Azərbaycan da istisna deyil. Mənim fikrimcə, bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi olduqca vacib və zəruridir. İsrail həmişə və hər yerdə Azərbaycanın yanında duracaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!