18/11/2017 05:12

Valyuta USD EUR RUB TRY
Kurs 1.7002 2.0051 0.0281 0.4374


Dövlət qurumları

Kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır


13.09.2017   10:21


Bu gün tam (11 illik)  orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır.

DİM-dən ASAN Radioya verilən məlumata görə, abituriyentlər saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.




Xəbər lenti

17 Noyabr











ASAN Radio telefonunuzda
Facebook