USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Dövlət Dəniz Administrasiyasında aparılan audit yoxlaması nəticələnib

Böyük Britaniyada səfərdə olan Azərbaycan Respublikasının nümayəndə heyəti BMT – nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında təşkilatın Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Cənab Laurens Barşyu ilə görüşüb. 

ASAN Radioya Dövlət Dəniz Administrasiyasının Mətbuat Xidmətindən bildirilib ki, Beynəlxalq Dəniz Təşkilatının Baş katibinin köməkçisi və Üzv dövlətlərin Auditi və implementasiya üzrə dəstək şöbəsinin direktoru Cənab Laurens Barşyu Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupunun bu ilin 28 may – 06 iyun tarixlərində Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdikləri yoxlamanın nəticələrinə görə Azərbaycan Respublikasının 172 dünya dəniz dövləti sırasında ən qabaqcıl dövlətləri geridə qoyaraq statistika üzrə ön sırada yer tutmasını mühüm və vacib bir məqam kimi vurğulayıb.

Qlobal problemlərin tüğyan etdiyi, iqtisadi böhranın yaşandığı dünya ölkələrindən fərqli olaraq bu gün Azərbaycanın stabil, təhlükəsiz, inkişaf edən dövlət olduğunu deyən Cənab Laurens Barşyu audit yoxlaması nəticəsində əldə edilən uğurlu nəticənin nümunə olacaq vacib amil kimi dəyərləndirdi.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi dənizçilik sahəsinə və dənizçilərə göstərdiyi diqqət və qayğının nəticəsində əldə edilən uğurlardan danışan nümayəndə heyəti dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə il ildən artdığını vurğuladı.

Görüşdə qeyd olundu ki, dənizçilik sahəsində bundan sonra da qanunvericiliyin təkmilləşdirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizliyi sisteminin effektivliyinin artırılması, dəniz nəqliyyatı sahəsində Beynəlxalq Dəniz Təşkilatının konvensiyalarının tələblərinə riayət olunması istiqamətində daha vacib işlər görüləcək. Artıq bu istiqamətdə müəyyən layihələrin hazırlandığını deyən nümayəndə heyəti bildirdi ki, layihələrin reallaşması dənizçilik sahəsinin inkişafına öz töhfəsini verəcək. 

Görüşdə qarşılıqlı əməkdaşlığa dair həyata keçiriləcək tədbirlər və bir sira mühüm məsələlər müzakirə olunub.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!