USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sərbəst satış sertifikatı "Made in Azerbaijan" brendini təşviq edəcək

Sərbəst satış sertifikatı "Made in Azerbaijan" brendini təşviq edəcək.

“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin fərmanında göstərilib ki, Azərbaycanda sərbəst satış sertifikatı veriləcək.

ASAN Radioya bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) PR meneceri Zənura Talıbova bildirib ki, sərbəst satış sertifikatı ixracatçıların müraciəti əsasında yalnız Azərbaycanda istehsal olunan mallara veriləcək: "İxracatçılar tərəfindən sərbəst satış sertifikatının əldə olunması könüllü xarakter daşıyacaq. Sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir."

O deyib ki, Azexportun fəaliyyəti çərçivəsində müəyyən olunub ki, Azərbaycan məhsullarının keyfiyyətinə əlavə olaraq, zəmanətin təmin edilməsi ilə bağlı mütəmadi olaraq xarici tərəfdaşlar tərəfindən dünyada geniş yayılmış Sərbəst satış “Free sales” sertifikatları tələb edilir: "Sertifikatın mahiyyəti ondan ibarətdir ki, ölkə daxilində məhsula əvvəlcədən müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və s.) qüvvədə olmasını və həmin məhsulun hazırda ölkə daxilində sərbəst satışa bütün icazələrin olmasını təsdiq edir. Sertifikatın verilməsi proseduru heç bir əlavə laboratoriya və ya testlərin keçirilməsi ilə müşahidə olunmur. Dünya təcrübəsində sərbəst satış sertifikatı malların hər bir partiyasına verilir. Məhsul xarici ölkələrə göndərilirsə, sertifikat dövlət və ingilis dillərində verilir."

MDB ölkələri arasında bu cür sertifikatları hazırda yalnız Ukrayna və Rusiya təklif edir. Ukraynada sertifikatların verilməsini Sənaye və Ticarət Palatası, Rusiyada İxraca Dəstək Mərkəzi həyata keçirir. Türkiyədə sertifikatın verilməsi məhsullara görə fərqlənir və əsasən Gömrük və Ticarət Nazirliyinin akkreditə etdiyi müxtəlif konsaltinq şirkətləri tərəfindən təqdim edilir. Z.Talıbovanın sözlərinə görə, sertifikatın verilməsi üçün dünya təcrübəsində aşağıdakı sənədlər tələb edilir:

Şirkətin qeydiyyat şəhadətnaməsi;

Sərbəst satış sertifikatı tələb olunan malların siyahısı;

Keyfiyyət sertifikatı;

Malların uyğunluq sertifikatı; (Qanunla nəzərdə tutulduğu halda)

malların istehsalı üçün lisenziya; Beynəlxalq eyniləşdirmə nömrəsi - barkod (əgər varsa);

Ölkə ərazisində malların satışının təsdiqi (2-3 müştəriyə, faktura, çek və ya vergi hesab-faktura).

İİTKM rəsmisi vurğulayıb ki, sərbəst satış sertifikatının verilməsi "Made in Azerbaijan" brendinin təşviqi və qeyri-neft ixracının artımı üçün əlavə təkan olacaq. Sərbəst satış sertifikatını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tədim edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!