USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İlham Əliyevin reytinqi açıqlandı

Azərbaycanda prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Bakı şəhərində rəyi soruşulanların mütləq əksəriyyəti - 86,2% bu seçkilərə qatılardı. Bunu "Rəy" Monitorinq Mərkəzinin aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında keçirdiyi sorğunun nəticələri göstərib.

Respondentlərin 68,1%-i birmənalı olaraq "səsvermədə iştirak edərdim", 18,1%-i isə "yəqin ki, iştirak edərdim" cavab variantlarını seçib.

Məlum olub ki, paytaxt əhalisinin böyük əksəriyyəti - 92,8%-i öz səsini İlham Əliyevə verərdi.

Rəyi soruşulanların 97%-i İlham Əliyevə tam etibar etdiyini, 89%-ə yaxını İlham Əliyevin onlar kimi insanların maraqlarına cavab verdiyini qeyd edib.

Sorğu həmçinin müəyyən edib ki, respondentlərin 78,8%-i prezident postunda İlham Əliyevə alternativ görmür.

Sorğu zamanı əldə edilmiş məlumatların təhlili göstərir ki, dövlət başçısının belə yüksək reytinqə və etimada sahib olması bütövlükdə uğurlu xarici siyasətin, iqtisadi inkişafla bağlı atılan addımların, milli ordunun əldə etdiyi uğurların və s. nəticəsidir. Belə ki, rəyi soruşulanların əksəriyyəti prezident İlham Əliyevin xarici siyasətini dəstəkləyir: 87,3 % bu siyasəti "çox yaxşı" və ya "əsasən yaxşı" qiymətləndirib.

Cəmi 5% dövlətin xarici siyasətindən narazılığını bildirib ki, onların da 3,6%-i bu siyasəti "pis", 2,1%-i isə "çox pis" adlandırıb.

Respondentlərdən həmçinin Azərbaycanın xarici siyasətindəki hansı hadisəni son vaxtların ən uğurlu hadisə hesab etdikləri soruşulub və cavab üçün bir neçə variant seçmək imkanı verilib. Nəticədə 65,5% xarici siyasətin ən uğurlu hadisəsi kimi prezident İlham Əliyevin Barak Obamanın dəvəti ilə Dördüncü nüvə təhlükəsizliyi sammitində iştirak etmək üçün Vaşinqtona səfər etməsini göstərib.

Təxminən o qədər - 63,8% respondent son vaxtların ən uğurlu xarici siyasət hadisəsi kimi prezident İlham Əliyevin Ankara səfərini seçib. Özü də rəyi soruşulanların əksəriyyəti bu səfəri Türkiyəyə və terror aktları ucbatından Bakıya səfərini iki dəfə təxirə salmış prezident R.T. Ərdoğana dəstək kimi qiymətləndirib.

Daha 38% xarici siyasətdəki uğurlu addımlar sırasında dövlət başçımızın İrana səfərini, 19% isə Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin Bakıdakı görüşünü göstərib.

Araşdırmaya görə, Dağlıq Qarabağda gərginliyin artması fonunda İlham Əliyevə Ali Baş Komandan kimi dəstək də artıb - ona Ali Baş Komandan kimi rəyi soruşulanların 97%-i etimad göstərir.

Prezident və hökumətin iqtisadi sahədə atdığı addımlar da Bakı sakinləri arasında müsbət qarşılanır.

Belə ki, 28% respondent Azərbaycandakı iqtisadi vəziyyəti "yaxşı", 44% - "orta" və cəmi 18% - "pis" qiymətləndirib. Daha 10% sualı cavablandırmaqda çətinlik çəkib.

Paytaxt sakinlərinin əksəriyyəti əmindir ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları iqtisadi sahədə vəziyyəti kökündən dəyişir və ölkəni dünya bazarında neftin ucuzlaşmasının və qlobal iqtisadi böhranın mənfi təsirindən qoruyur.

Rəyi soruşulanların 62%-i hesab edir ki, prezident İlham Əliyevin sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və lisenziyalaşdırmanın sadələşdirilməsi barədə sərəncamı kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək. Bu zaman 17,7% hesab edir ki, bu tədbirlər, yəqin ki, kömək etməyəcək, 8,2% isə əmindir ki, bunun heç bir köməyi olmayacaq.

Bakı sakinlərinin 68,2%-i hesab edir ki, bu tədbirlər kiçik və orta sahibkarlıq sahəsində lazımsız yoxlamaları aradan qaldıracaq, 16% isə bu nikbinliyi bölüşmür - onların fikrincə, bu tədbirlər müvəqqəti xarakter daşıyacaq və problemi kökündən həll etməyəcək. 15,8% cavab verməkdə çətinlik çəkib.

Respondentlər prezidentin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, şəffaflığın təmin olunması və inhisarçılığın aradan qaldırılması istiqamətində atdığı addımları da müsbət qarşılayır. 61% hesab edir ki, bu, kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək (25,3% buna əmindir, 35,7% isə hesab edir ki, "yəqin ki, kömək edəcək").

Daha 18,7% isə bunun əksini düşünür (8,5% - "kömək etməyəcək", 10,2% - "yəqin ki, kömək etməyəcək" cavablarını seçib).

20%-dən artıq respondent bu sualı cavablandırmaqda çətinlik çəkib.

"Beləliklə, sorğunun nəticələri göstərir ki, paytaxt əhalisi həm dövlətin xarici siyasətini, həm də iqtisadi artım üçün atılan addımları müsbət qiymətləndirir", - "Rəy" Monitorinq Mərkəzi qeyd edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!