USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev: "Bu saziş yeni əsrin müqaviləsidir"

 

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 14-də Böyük Britaniyanın dövlət naziri Alan Dunkan ilə görüşüb.

 

ASAN Radionun xəbərinə görə, prezident İlham Əliyev Böyük Britaniyanın Baş naziri Tereza Meyin bugünkü mərasimlə əlaqədar göndərdiyi təbrik məktubuna görə təşəkkürünü bildirib. Sazişin imzalanmasının tarixi hadisə olduğunu deyən dövlət başçısı onu yeni əsrin müqaviləsi adlandırıb.

 

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, əlaqələrimizin neft-qaz sektorunu və digər sahələri əhatə etdiyini vurğulayıb.

 

Alan Dunkan ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, münasibətlərimizin digər sahələrdə də inkişaf etdiyini deyib. “Azərbaycan və Böyük Britaniya etibarlı tərəfdaş olduqlarını nümayiş etdirir”, - deyən Alan Dunkan ölkələrimiz arasında əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

 

Böyük Britaniyanın dövlət naziri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanmasını tarixi hadisə adlandıraraq qeyd edib ki, bu, ikitərəfli əməkdaşlığın təməlini təşkil edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!