USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İran ABŞ-a nota verdi

İran ABŞ-a etiraz notası verib. 

İran XİN-dən verilən məlumata görə, etiraz notası  ABŞ-ın bu ölkədə maraqlarını təmsil edən İsveçrə səfirinə verilib. 

Bu gün İran XİN-nə çağırılan İsveçrə səfirinə iki etiraz notası təqdim olunub. 

Notanın biri Amerika Ali Məhkəməsinin İranın dondurulmuş aktivlərinin Amerika ailələrinə kompensasiya olaraq verilməsinə görədir.

İran məhkəmə qərarını iki ölkə arasında olan müqavilələr, xüsusilə 1955-ci ildə imzalanmış müqavilənin, eləcə də beynəlxalq qanunların ABŞ tərəfindən pozulması  kimi qiymətləndirib.

İkinci nota isə Nyu-York yerli məhkəməsinin İranın 11 sentyabr terror hücumlarında ittiham olunmasına etirazdır. Notada İran bu kimi ittihamların əsassız olduğunu bildirib və bəyan edib ki, İranın və ya İran vətəndaşlarının bu terror hücumunda iştirakına dair heç bir dəlil, sübut və şahid yoxdur, bu kimi iddialar gülünc və beynəlxalq hüquq normalarına ziddir. 

İsveçrə səfiri bildirib ki, etiraz notalarını ABŞ-ın xarici siyadət idarəsində çatdıracaq və nəticəni bildirəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!