USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev: “Müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq”

“Biz 25 ildir ki, müstəqil, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif qarayaxma , şər kampaniyaları aparılır. Aydındır ki, onların da məqsədi Azərbaycanı ləkələmək, öz iradəsinə ram etmək, ondan sonra da güclənən Azərbaycanın potensialından öz maraqları üçün istifadə etməkdir”.

ASAN Radionun məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni binasının məktəbin müəllim və şagird kollektivi ilə görüşdə bildirib: “Biz buna imkan vermirik, möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi yolumuzdan döndərə bilməz, biz haqq yolundayıq. Bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi bizim böyük dəyərimizdir. Bunu Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib. Ölkəmizdə kifayət qədər güclü iradə var ki, kənardan bizə tuşlanan atəşlərdən xalqımızı qoruyaq. Gənclər, uşaqlar da bu ruhda, müstəqillik ruhunda böyüməlidirlər. Azərbaycan müstəqil ölkə kimi əbədi yaşamalı yaşamalıdır və bundan sonra da müstəqil siyasət aparmalıdır. Biz bunu aparırıq, aparacağıq, ancaq gələcək sizin əlinizdə olacaq. Ona görə də müəllimlər, valideynlər və uşaqların özləri də həmişə bu amili yadda saxlasınlar. Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan – bizim əsas prinsiplərimiz budur. Əminəm ki, belə gözəl məktəbdə mənim bütün tövsiyələrim əksini tapacaq”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!