USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu hava temperaturu normaya uyğun deyil- RƏSMİ

Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu çoxillik iqlim normasından 3-4 dərəcə yüksəkdir.

ASAN Radio Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

A.Verdiyev bildirib ki, hazırda Bakı və Abşeron yarımadasında havanın temperaturu 30-35 dərəcədir.

Yaxın 2-3 gün ərzində belə temperaturun müşahidə ediləcəyini deyən baş hidroloq qeyd edib ki, sentyabr ayında belə temperaturun müşahidə edilməsi normal olsa da, rütubətin miqdarının normadan bir qədər çox olması havada istilik effektini artırır: "Son bir neçə gün ərzində, əsasən, gündüz saatlarında rütubətli hava şəraiti müşahidə edilir. Gündüz havada rütubətin miqdarı 70-80 faiz, axşam isə 40-50 faiz olub".

A.Verdiyev qeyd edib ki, əvvəlki illərin sentyabr ayında da belə rütubətli hava şəraiti müşahidə edilib.

Onun sözlərinə görə, 2002, 2003, 2007, 2010 və 2012-ci ildə, eləcə də ötən il sentyabrın hazırkı dövründə Bakıda rütubətli hava şəraiti qeydə alınıb.

A.Verdiyev əlavə edib ki, ötən il sentyabrın ortalarında havanın temperaturu 30-33 dərəcə olsa da, havada rütubətin miqdarı çox olub.

Nazirlik rəsmisi bildirib ki, havada rütubətin miqdarının çox olması Xəzərdən əsən çənub-şərq küləyinin üstünlük təşkil etməsi ilə bağlı olur.

Qeyd edək ki, ETSN yaxın 3 gün ərzində Abşeron yarımadasında bəzi saatlarda sakit hava fonunda rütubətin bir qədər çox olmasının meteohəssas insanlarda narahatlıq hissi yarada biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!