18/10/2017 07:40

Valyuta USD EUR RUB TRY
Kurs 1.7003 2.0028 0.0297 0.4659


Dövlət xidmətləri

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi “ASAN xidmət”də


16.09.2017   11:15


Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

ASAN Radio xəbər verir ki, nümayəndə heyətini salamlayan Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 17 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti həmçinin ASAN Radioda olub, radionun iş prinsipləri ilə maraqlanıblar.




Xəbər lenti

18 Oktyabr
17 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook