USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Dövlət Dəniz Administrasiyasında seminar təşkil olunub

Azərbaycan Dövlət Dəniz Akademiyasının professor – müəllim heyəti bu il sentyabrın 12–si və 13–ü tarixlərində Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında “Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən dəyişikliklərin mənimsənilməsinə dair” keçirilən seminarda iştirak ediblər. ASAN Radio ADDA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarın keçirilməsində məqsəd iştirakçıları Beynəlxalq Dəniz Təşkilatının Konvensiyalarına edilən dəyişikliklərlə tanış etmək olub.

Seminar zamanı Beynəlxalq Dəniz Təşkilatı tərəfindən  “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiya, “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında 1973-cü il tarixli Beynəlxalq Konvensiya, “Dənizdə insan həyatının mühafizəsinə dair” 1974-cü il tarixli Beynəlxalq Konvensiya üzrə qəbul edilən dəyişikliklər haqqında iştirakçılara məlumat verilib. Seminarda iştirak edən “Ruskiy Reqistr” Təsnifat Cəmiyyətinin nümayəndəsi Təhsil və tədris sahəsində İSO 9001 keyfiyyəti idarəetmə sisteminin mahiyyəti, əhatə dairəsi,  İSO 9001:2009 və yeni İSO 9001:2015 keyfiyyəti idarəetmə sisteminin mübadiləsi haqqında iştirakçıları maraqlandıran suallara ətraflı şəkildə cavab verib.

Seminarın sonunda iştirakçılara müvafiq  sertifikatlar təqdim edilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!