USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Keçmiş xarici işlər naziri: Xətai RPİ-də şahid qismində ifadə vermişəm

"Yol-nəqliyyat hadisəsi Zığ şossesində baş verib. Mənim avtomobilimin güzgüsü piyadaya dəyib. Daha sonra piyadanın üstündən yük maşını keçib. Yəni, piyada Uğur Vəliyevin ölümünə mən səbəb olmamışam".

Bunu ASAN Radioya açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, piyada Zığ şossesində sürət həddi yuxarı yolda keçid olmayan yerdən, avtobusun önündən anidən maşınların hərəkət yoluna çıxıb: "Mənim qəzada iştirakım çox nisbi olub. O, mənim maşınımın yan güzgüsünə yüngül dəyib. Mən Xətai Rayon Polis İdarəsində aparılan istintaqda şahid qismində ifadə vermişəm. Texniki ekspertiza aparılır. Müşahidə kameralarında olan görüntülərə baxılıb və tam şəkildə sübut edilib ki, qəzada mən heç bir qanun pozuntusuna yol verməmişəm. Hətta maşının sürəti nəzərdə tutulan həddən aşağı olub".

ASAN Radionun əldə etdiyi məlumata görə, hadisə yerində olan digər insanlar, yaxınlıqdakı dükanın satıcısı da ifadə verib. O, ifadəsində piyadanın ondan spirtli içki aldığını, həmin vaxt sərxoş halda 8 zolaqlı yolu qaçaraq keçmək istədiyini deyib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi məlum yol qəzası ilə bağlı sentyabrın 15-də məlumat yayıb. Məlumatda qeyd olunur ki, sentyabrın 14-də saat 19 radələrində Xətai rayonunun Zığ yolu küçəsində Bakı şəhər sakini Rasim Əsgərov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən İmişli rayon sakini Uğur Vəliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!