14/12/2017 21:14

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0116 0.0290 0.4459


Rəsmi

Prezident İlham Əliyev çilili həmkarını təbrik edib 


16.09.2017   14:04


Prezident İlham Əliyev Çili Respublikasının Prezidenti Mişel Baçelet Xeriyaya təbrik məktubu göndərib.

ASAN Radionun məlumatına görə, məktubda deyilir:

Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı ikitərəfli münasibətlərin davamlı inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm.




Xəbər lenti

14 Dekabr











ASAN Radio telefonunuzda
Facebook