USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Tikinti Monitorinq Sistemi”nin təqdimat mərasimi keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi təşkilatçılığı ilə “Tikinti Monitorinq Sistemi”nin təqdimat mərasimi keçirilib.

Təqdimatda Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Mənzil İnşaat Dövlət Agentliyinin, Bakı şəhər İcra Hakimiyyətinin və 11 Yerli İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Tədbirdə  çıxış edən  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov görülən işlər barədə məlumat verib. 

O bildirib ki, Dövlət Agentliyinə qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılıb. Bu Mərkəz tərəfindən Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrini də özünə ehtiva edən“Tikinti Monitorinq Sistemi”nin yaradılması istiqamətində işlər artıq yekunlaşmaqdadır.

Daha sonra Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin Operativ Nəzarət sektorunun böyük məsləhətçisi Anar İsgəndərov Sistemə giriş və istifadə qaydaları haqqında ətraflı məlumat verərək, dövlət orqanları əməkdaşlarının suallarına ətraflı məlumat verib.

Qeyd edək ki, bu təlimlər həmçinin 18-22 senytabr tarixlərində Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin nümayəndələri üçün də təşkil olunacaq.

Tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!