USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidməti bəyanat yayıb.

QMİ-dən ASAN Radioya daxil olan bəyanatda bildirilir ki, son günlər İdarənin sədri ilə bağlı yayılan məlumatlar iftira xarakterli olub, Sədrin şəxsinə və Şeyxülislam məqamında fəaliyyətinə kölgə salmaq məqsədi güdən təxribatlardır.

"İdarənin genişmiqyaslı fəaliyyəti, ölkə xaricində həyata keçirdiyi nüfuzlu beynəlxalq tədbirlər, ölkə daxilində reallaşdırdığı layihələrin önəmini azaltmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində dinlərarası dialoq müstəvisində əldə etdiyi nailiyyətləri gözdən salmaq məqsədilə aparılan məqsədyönlü qaralama kampaniyasını qətiyyətlə pisləyir və gündəmə gətirilən saxta məlumatları təkzib edirik.

Azərbaycanın dini liderinə qarşı dezinformasiya axınının erməni kəşfiyyat orqanları tərəfindən təşkil olunmasını istisna etmədən, belə təxribatların, yalan məlumatların Azərbaycan mediasında, habelə sosial şəbəkələrdə geniş şəkildə gündəmə gətirilməsinə təəssüf edir, belə məsələlərə yanaşmada milli təəssübkeşlik hissini və  mənəvi dəyərləri üstün tutmağı tövsiyə edirik.

Sədrin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyildir. Birmənalı şəkildə bildiririk ki, QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız Sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur. Bu etik çərçivənin gözlənilməsini istər media təmsilçilərindən, istərsə adıçəkilən yaxınlardan təvəqqe edirik", - deyə QMİ mətbuat xidmətinin bəyanatında vurğulanır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!