“Gazelli” kosmetika zavodunun anbarında baş verən yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, tüstüdən zəhərlənən 1 qadın və 9 kişiyə yerində yardım göstərilib.
Onların hamısının vəziyyəti yüngül olub, heç kim xəstəxanaya aparılmayıb.
İlkin tibbi yardım göstərildikdən sonra onlar evə göndəriliblər.
"Gazelli Group" şirkətinin mətbuat xidmətinin rəhbəri Yelena Sidorenko "Facebook" səhifəsində yazıb ki, şirkətə məxsus anbarların birində qısaqapanma baş verib.
"Qısaqapanmanın yanğına çevrilməsinin qarşısı qısa müddət ərzində alınıb. Hazırda heç bir problem yoxdur. Hadisə zamanı şirkət əməkdaşlarının və ətrafda olan insanların sağlamlığına heç bir zərər dəyməyib. Bəzi KİV-də guya hadisə zamanı bir neçə insanın halının pisləşməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisənin nədən baş verdiyi ilə bağlı araşdırmalara başlanılıb, istintaq davam edir, nəticələr ictimaiyyətə açıqlanacaq", - deyə Y. Sidorenko qeyd edib.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!