USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İƏT-nın Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun Nyu-Yorkda iclası keçirilib

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupun iclası keçirilib.

XİN-nin mətbuat xidmətindən ASAN Radioya bildirilib ki, iclasda Azərbaycan Respublikası adından çıxış xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən təqdim olunub. Həmçinin, İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə Kontakt Qrupa daxil olan digər üzv dövlətlərin nümayəndələri və İƏT-in Baş katibliyinin rəsmiləri çıxış ediblər. Kontakt qrupun ikinci iclasının hesabatı nəzərə alınması və tədbirlər görülməsi üçün İƏT xarici işlər nazirlərinin koordinasiya iclasının gündəliyinə daxil ediləcək və üzv dövlətlərə təqdim olunacaq.

Kontakt qrupun ikinci iclasında Azərbaycan Respublikası tərəfindən təqdim olunan çıxışda Kontakt qrupunun sonuncu görüşündən sonra Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərində münaqişənin tənzimlənməsi istiqamətində vəziyyətin nəinki dəyişməz qaldığı, hətta cəbhə xəttində toqquşmaların intensivləşdiyi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin qəsdən öldürməsi hallarının daha da artdığı qeyd olunub.

Bu il Ermənistan qoşunları tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilən vəhşilik cinayətlərinin iyirmi beşinci ildönümünü olduğu xatırladılaraq, İƏT-in bütün üzv dövlətlərinə Abican şəhərində İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 44-cü  sessiyasında qəbul edilmiş "1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" başlıqlı qətnaməni dəstəklədikləri üçün minnətdarlıq ifadə olunub. Həmçinin, İƏT-ə üzv dövlətlərinə Xocalı şəhəri və digər işğal olunmuş Azərbaycan ərazilərində törədilmiş müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırım hallarının milli və beynəlxalq səviyyədə tanınması üçün səy göstərməyə çağırış edilib.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin əsas tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyi qeyd olunaraq 20 ildən artıq müddət ərzində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan vasitəçilik səylərinin hələ nəticə vermədiyi vurğulanıb. Toplantı iştirakçılarına bu ilin iyul 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin hədəflənmiş şəkildə və qəsdən atəşə tutması nəticəsində biri uşaq olmaqla, iki mülki şəxsin həlak olması, bir nəfərin isə ağır yaralandığı barədə məlumat verilib. 

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı İƏT-in müvafiq qətnamə və qərarlarının tələblərini rəhbər tutaraq, bütün üzv dövlətlərə münaqişəni gücləndirəcək və Ermənistanı Azərbaycan torpaqlarının işğalının davamına şərait yaradacaq hər hansı bir silah və hərbi avadanlıqla təchiz etməkdən çəkinməyə və bu cür avadanlıqların daşınması üçün öz ərazilərindən tranzit məqsədilə istifadə edilməsinə imkan verməməyə çağırış edilib.

Həmçinin, İƏT qətnamələrinin tələblərinə uyğun olaraq üzv dövlətlərin Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasına dəstək vermək üçün lazımi siyasi-iqtisadi tədbirlər həyata keçirilməli, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlərdən kənar durmalı olduqları, Ermənistanla bütün növ əməkdaşlığı məhdudlaşdırmalı olduqları vurğulanıb.

Bildirilib ki, ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı gücdən qanunsuz istifadə və Azərbaycan ərazilərinin işğalının qəti pislənilməsinə dair İƏT-in ədalətli və prinsipial mövqeyi əsasında İslam Ümmətinin davamlı həmrəyliyinə güvənir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!