USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda Ukraynanın dövlət müstəqilliyi günü qeyd edilib

Sentyabrın 20-də Bakıda Ukraynanın dövlət müstəqilliyinin 26-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

ASAN Radio xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko Azərbaycan dilində nitq söyləyib. Səfir ölkəsinin 26 il ərzində keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, Ukrayna müstəqilliyini əldə etdikdən sonra bütün ölkələrlə, eləcə də Azərbaycan ilə münasibətlər qurulması üçün konkret addımlar atıb. Bu gün dost Azərbaycan ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlıq edirlər. Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq əlaqələri gündən-günə güclənir. Bu gün Ukrayna dost Azərbaycanın əldə etdiyi bütün uğurlara sevinir.

Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Hökuməti adından Ukrayna xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. Nazir ölkələrimiz arasında dostluq əlaqələrinin tarixindən söhbət açıb. Bildirilib ki, ölkələrimiz bir sıra sahələrdə, o cümlədən iqtisadi və mədəni sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəliləyir. Hazırda Azərbaycan-Ukrayna əlaqələri prezidentlər İlham Əliyev və Petro Poroşenko tərəfindən uğurla inkişaf etdirilir. Həyata keçirilən qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dövlətlərimiz arasında münasibətlərin inkişafına təkan verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirirlər.

Nazir müavini əmin olduğunu bildirib ki, ölkələrimiz arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcəkdir.

Sonra bir sıra ictimai və siyasi xadimlər iki ölkə arasında münasibətlərin inkişafına verdikləri dəstəyə görə Fəxri Fərman və diplomlarla təltif ediliblər.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!