USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ADA Universiteti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq edəcək

ADA Universiteti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq edəcək.

ASAN Radio xəbər verir ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “ADA” Universiteti əməkdaşlıq haqda razılaşma imzalayıb. Sənədin əsas məqsədi ADA-da informasiya texnologiyaları və mühəndislik sahəsində təhsil alan tələbələr üçün dəstəkləyici layihələr həyata keçirmək, İKT-nin tətbiqinin genişləndirilməsi üzrə birgə fəaliyyətlə məşğul olmaqdır. Əməkdaşlıq haqda razılaşma nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və ADA Universitetinin rektoru Hafiz Paşayev tərəfindən imzalanıb.

Rektor Hafiz Paşayev Nazirliyin təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, ADA-da İT və Mühəndislik üzrə təhsil alan əlaçı tələbələr bu əməkdaşlıq çərçivəsində təqaüdlər qazana biləcək, yeni təcrübə imkanları əldə edəcəklər. O, əlavə edib ki, ADA Universiteti fəaliyyətində tələbələrin start-up layihələrinin dəstəklənməsinə geniş yer verir.

Öz növbəsində nazir Ramin Quluzadə isə qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İKT sahəsində həyata keçirilən işlərə ən istedadlı gəncləri cəlb etməkdə maraqlıdır. Nazirlik nəzdində fəaliyyət göstərən müəssisələrlə birgə tədqiqat layihələri həyata keçirmək, gənc alimlərlə birgə daim yenilənən İKT sahəsində meyilləri izləyərək yeni ideyalar ortaya qoymaq niyyətindədir.

Qeyd edək ki, ADA Universitetinin Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, eləcə də “AzInTelekom” MMC arasında  konkret tədbirlər planı üzrə iki əlavə sənəd də imzalanıb. 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!