USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Mərakeşdə “ASAN xidmət” modelinə dair təqdimat maraqla qarşılanıb

Mərakeşin Rabat şəhərində Afrika Yerli İdarəetmə Orqanları birinci Beynəlxalq Forumu keçirilir. Forum yerli idarəetmə orqanları və insan resursları mövzusuna həsr olunub.

Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi aparatının rəhbəri Azad Cəfərli təmsil edir.

Mərakeş Krallığının Daxili İşlər Nazirliyi, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Orqanları Təşkilatı, Afrika Yerli İdarəetmə Orqanları Akademiyası, Mərakeş Bələdiyyə Sədrlərinin Assosiasiyası və Rabat Beynəlxalq Universitetinin birgə təşkil etdiyi tədbirə Mərakeş Nazirlər Kabinetinin üzvləri, beynəlxalq təşkilatların, Afrika ölkələrinin mərkəzi, yerli və regional idarəetmə orqanlarının yüksək vəzifəli şəxsləri, diplomatik korpusun, akademik dairələrin nümayəndələri qatılıblar.

Afrika qitəsində son illər müşahidə olunan inkişaf tendensiyaları dövlət xidmətlərinin keyfiyyətinin artırılması və bu sahədə peşəkar kadrların hazırlanmasını zəruri edib. Bu baxımdan tədbir çərçivəsində beynəlxalq qabaqcıl təcrübə kimi “ASAN xidmət” modeli Afrika ölkələri üçün təqdim olunub.

Forumun ilk günü “Afrikada yeni geo-siyasət və əks-mərkəzləşmə kontekstində insan kapitalının yeri” mövzusunda keçirilən plenar sessiyada Dövlət Agentliyinin nümayəndəsi “ASAN xidmət”in fəaliyyətini əks etdirən geniş təqdimatla çıxış edib. Agentliyin nümayəndəsi son illərdə Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan “ASAN xidmət”in kadrların hazırlanması sahəsində əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində nail olunmuş uğurlu təcrübə qeyd edilib. “ASAN xidmət” modeli əsasında dünyanın bir sıra ölkələrində dövlət xidmətləri sahəsinin təkmilləşdirilməsi üzrə əməkdaşlığın aparıldığı diqqətə çatdırılıb. Azərbaycanın bu uğurlu modelinin BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görüldüyü xüsusilə vurğulanıb.

Təqdimatı böyük maraqla qarşılayan iştirakçılar “ASAN” mütəxəssisləri tərəfindən Afrika dövlətlərinin mərkəzi və regional orqanlarında çalışan əməkdaşlarına, o cümlədən özəl sektordan olan tərəfdaş təşkilatların mütəxəssislərinə təlimlərin keçirilməsi imkanları ilə maraqlanıblar. Həmçinin iştirakçılar “ASAN” təcrübəsi əsasında kadr potensialının formalaşdırılması üzrə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi Afrika ölkələrinin rəsmiləri, ISESCO da daxil olmaqla, beynəlxalq təşkilatın nümayəndələri ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Forum işini sentyabrın 21-dək davam etdirəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!