USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Lütfi Zadənin nəşi San Fransiskodan Bakıya yola salınacaq

Sentyabr ayının 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib. Qeyd edildiyi kimi, alimin Azərbaycanda dəfn olunması arzuna müvafiq olaraq, onun nəşi vətənə gətiriləcək. Bununla bağlı, sənədləşmə və hazırlıq işləri aparılır. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, görkəmli alimin nəşinin Azərbaycana gətirilməsi ilə məşğul olan şirkət hazırlıq tədbirlərini davam etdirir. Baş Konsulluqdan deyiblər ki, “Alimin nəşinin gətirilməsi üçün peşəkar daşınma şirkəti tərəfindən xüsusi soyuducu konteyner hazırlanmaqdadır. Bu daşınmanın bütün yüksək standartlara cavab verməsi üçün hazırlıqlar müəyyən qədər vaxt aparır. Daşınma şirkəti Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu ilə daim əlaqədədir və hazırlıq işləri bitəndən və konteyner tam hazır olandan sonra, mətbuata məlumat veriləcək“.

Qeyd edək ki, Lütfi Zadənin nəşi təyyarə ilə San Fransisko şəhərindən Azərbaycana yola salınacaq. San Fransiskodan Bakıya birbaşa reys olmadığına görə, daşınma bir neçə gün çəkəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!