USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azexport portalı Alibabanın uğur hekayətinə çevrildi

Dünyanın ən məşhur elektron satış portalı Alibaba, Azexport portalının fəaliyyətini uğur hekayəti kimi qəbul edərək, bu haqda öz rəsmi səhifəsində məqalə paylaşıb. Azərbaycandan ilk olaraq, Azexport portalının fəaliyyəti əməkdaşlıq nümunəsi kimi təqdim edilib. Qeyd olunub ki, Azexport portalı məhz Alibaba vasitəsi ilə Azərbaycan məhsullarını bütün dünyaya nümayiş etdirmək şansı əldə edib. Hazırda Alibaba.com saytında “Made in Azerbaijan” brendi ilə tanınan 300-dən artıq məhsul nümayiş olunur.

Bu barədə ASAN Radioya məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənurə Talıbova bildirib ki, Alibabanın uğur hekayəti olması Azexportun 1 yaşının tamam olmasında gözəl bir hədiyyə oldu. Z.Talıbovanın sözlərinə görə bu ilin ilk 8 ayı ərzində Alibaba.com portalında Azexport tərəfindən təqdim olunan Azərbaycan mallarına dünyanın müxtəlif ölkələrindən 150 mindən çox müştəri tərəfindən baxış olub.

Qeyd edək ki Azexport portalı bir il öncə Prezident İlham Əliyevin Sərəncamı əsasında Azərbaycan mənşəli malların “Made in Azerbaijan” (Azərbaycan məhsulu) brendi kimi xarici bazarlarda təmsil olunmasını təmin etmək üçün yaradılıb. 2016-cı ilin ən önəmli yeniliklərindən hesab olunan Azexport portalı etibarlı ödəniş sistemləri və nəqliyyat-logistika şirkətləri ilə əməkdaşlıq edərək istifadəçilərin tam məmnunluğunu təmin edir. Həmçinin məhsulların daha geniş kütləyə çatdırılması məqsədi ilə portal Alibaba ilə yanaşı həm də All.biz, TradeKey, Amazon, Agroserver kimi dünyanın populyar elektron satış şəbəkələrinə inteqrasiya olunub. Azexport Alibaba.com portalının qızıl üzvüdür.

Uğur hekayəsi ilə bağlı məlumatı bu link vasitəsi ilə əldə edə bilərsiniz :

https://news.alibaba.com/article/detail/apac-member-success-story-apac-success-story-seller-success-story-azerbaijan-success-story-manufacture-gold-supplier/101030192-1-alibaba-helps-us-promote-azerbaijani.html

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!