USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Könüllülər Parlamenti Azərbaycan” layihəsinə növbəti dəfə start verildi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin tərəfdaşlığı ilə gənclərə siyasi analiz bacarıqlarını göstərməyə şans yaradacaq “Könüllülər Parlamenti Azərbaycan” layihəsi növbəti dəfə start götürür.

ASAN Radioya “ASAN Könüllüləri” Təşkilatının ictimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, 4 gün ərzində Şamaxı şəhərində baş tutacaq layihədə iştirakçılar müxtəlif mövzular ətrafında müzakirələr apararaq öz siyasi analiz bacarıqlarını göstərmək üçün imkan qazanacaqlar.

Layihənin əsas məqsədi gənclərin siyasi biliklərinin hərtərəfli inkişafına təkan vermək və vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaqdır.

Qeyd edək ki, “Könüllülər Parlamenti” layihəsi Azərbaycan Respublikası Milli Məclisinin simulyasiyası əsasında təşkil olunacaq. Seçiləcək 80 nəfər gənc Milli Məclisin simulyasiyasının 4 günlük sessiyalarında iştirak etmək üçün Şamaxı şəhərinə səfər edəcək. Eyni zamanda gənclər layihənin gedişi zamanı yalnız simulyasiya ilə kifayətlənməyəcək, müxtəlif sosial aksiyalarda iştirak edəcəklər.

Layihəyə seçiləcək şəxslər 6-8 oktyabr tarixlərində siyasi analitiklər, politoloqlar və millət vəkilləri tərəfindən qoyulmuş mövzularla bağlı xüsusi təlimlərə qatılacaqlar.

Təlimlərdən sonra 10 oktyabrda iştirakçılar öyrəndikləri mövzuları yetərincə mənimsədiklərini nümayiş etdirmək üçün yazılı formada onlara təqdim olunmuş mövzuları öz subyektiv yanaşmalarına əsasən təqdim edəcəklər. Burada analiz qabiliyyətləri ilə seçiləcək şəxslər Şamaxı şəhərində baş tutacaq simulyasiyada iştirak hüququ qazanacaqlar. 

“Könüllülər Parlamenti Azərbaycan” layihəsinin iştirakçısı olmaq istəyən gənclər aşağıdakı keçiddən qeydiyyatdan keçə bilərlər.

Link: https://goo.gl/c4mpLv 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!