USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir əmr etdi: Hər an aktiv döyüşlərə hazır olun, düşmənə rahatlıq verməyin!

Müdafiə Nazirliyinin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib. Kollegiya iclasında məsul şəxslərin məruzələri dinlənilib.

Nazirliyin mətbuat xidmətindən ASAN Radioya xəbər verilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov “Silahlı Qüvvələrin 2017-ci qış tədris dövründə xidməti döyüş fəaliyyətinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Təlimlərin nəticələrini də təhlil edən Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.

Şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını xüsusi qeyd edən Müdafiə naziri təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı ötən ilin aprelində Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti hərbi cinayəti, ordumuzun bölmələrinin uğurlu əks-hücumu nəticəsində ərazilərimizin bir hissəsinin azad edilməsi barədə səsləndirdiyi fikirləri və toxunduğu bir sıra digər məsələləri iclas iştirakçılarının diqqətinə xüsusi olaraq çatdıran Müdafiə naziri Silahlı Qüvvələrin gündəlik fəaliyyətində qeyd edilən məsələlərin rəhbər tutlmasının vacibliyini vurğulayıb.

General-polkovnik Z.Həsənov bildirib ki, Ali Baş Komandanın Dağlıq Qarabağ problemi ilə əlaqədar səsləndirdiyi fikirlər ordumuz üçün tapşırıq, bütün şəxsi heyət üçün birbaşa əmrdir. Azərbaycan Silahlı Qüvvələri ən müasir və keyfiyyətli silah və avadanlıqlarla təchiz olunub. Bu, Ali Baş Komandanın orduya göstərdiyi ən ali diqqət və qayğısıdır.

Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan Müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib.

Kollegiya iclasının sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!