16/12/2017 05:32

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.0032 0.0289 0.4379


Dövlət xidmətləri

Belarusun Ədliyyə naziri “ASAN xidmət”də


21.09.2017   18:42


21 sentyabr 2017-ci il tarixində Belarus Respublikasının Ədliyyə naziri Oleq Slijevskinin başçılıq etdiyi nümayəndə heyəti 3 saylı “ASAN xidmət” mərkəzi və ASAN Radionun fəaliyyəti ilə tanış olub.

ASAN Radio Dövlət Agentliyinin İnformasiya Təminatı şöbəsinə istinadən xəbər verir ki, nümayəndə heyətini salamlayan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 17 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.




Xəbər lenti

15 Dekabr











ASAN Radio telefonunuzda
Facebook