USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə bu gün “APA Holdinq”in qonağı olub.

Görüş zamanı holdinqin prezidenti Vüsalə Mahirqızı media qurumunun yaranma tarixi və fəaliyyəti barədə qonağı məlumatlandırıb.

O, APA-nın dünyanın müxtəlif ölkələrində bürolarının fəaliyyət göstərdiyini, bu ölkələrdən birinin də İran olduğunu qeyd edib.

Vüsalə Mahirqızının sözlərinə görə, büronun fəaliyyətə başlaması ilə İran barədə daha operativ və düzgün məlumatlar əldə etmək imkanı yaranıb. 

İran-Azərbaycan münasibətlərindən də danışan holdinq rəhbəri bu münasibətlərin yüksək səviyyədə olduğunu əlavə edib, iki ölkənin media orqanları arasında əməkdaşlığın bu əlaqələrə müsbət töhvə verə biləcəyini diqqətə çatdırıb.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə çatdığını bildirib. O, münasibətlərin inkişafında medianın böyük rolu olduğunu vurğulayıb.

Səfir APA İnformasiya Agentliyi haqqında da danışaraq, agentliyin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə iki ölkənin media qurumları arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi qeyd olunub, regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!