Ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürməkdədir. Gecə saatlarından başlayaraq paytaxtda yollar buz bağlayıb.
"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yollarda nəqliyyat vasitələrinin hərəkəti tam təmin olunub. Rayonlarda yolların vəziyyətinə gəlincə o bildirib ki, ucqar dağ kəndlərinə gedən yollarda müəyyən problemlər yaranıb.
Hazırda "Azəryolservis" tərəfindən bu istiqamətdə görülən tədbirlər davam etdirilir, qar yağan ərazilərdə təmizləmə işləri aparılır. Ən son məlumata görə ölkə ərazisində yağmurlu və küləkli hava şəraiti sabah gündüz saatlarınadək davam edəcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!