USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bahar Muradova: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda konkret nəticələrə malikdir

Bu gün Bakıda Milli Məclis, AvroNest Parlament Assambleyasının Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyətləri üzrə komitəsi, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandakı ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfans keçirilir.

ASAN Radionun məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın AvroNest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 fazini işğal edib. Həmin ərazilər 25 ildir ki, işğal altında saxlanılır.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması uğur əldə etməyimizə mane olan əsas səbəblərdən biridir: “1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkündür. Onlardan 50 faizini qadın, 5 faizini isə uşaqlar təşkil edir. Məqsəd Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində hər bir təşkilatın öz vəzifəsini yerinə yetirməsidir”.

F.Muradov qeyd edib ki, AvroNest Parlament Assambleyası çərçivəsində ildə bir neçə dəfə tədbir keçirilir: "İnanıram ki, bugünkü tədbirlərimizdə müzakirələr aparılacaq və bu, gələcək fəaliyyətimizə təsir göstərəcək".

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonrakı ötən müddətdə mühüm nailiyyətlər əldə edib: "Ölkəmiz iqtisadi inkişaf üçün mühüm şəraitin yaradılması, yaxın və uzaq ölkələrlə əlaqələrin qurulması sahəsində ciddi işlər görüb və çox məsuliyyətli tərəfdaş olduğunu sübut edib".

Belə bir tədbirin Azərbaycanda keçirilməsinin olduqca əhəmiyyətli olduğunu deyən vitse-spiker qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin inkişafının əsasında sağlam həyat, sağlam ekoloji mühit dayanır.

Onun sözlərinə görə, qadınlar, uşaqlar və onların problemləri istənilən cəmiyyət üçün prioritet təşkil edir: "Azərbaycan bu gün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olma sahəsində konkret nəticələrə malikdir və Dayanıqlı Inkişaf Məqsədlərinə nail olmaq üçün konkret işlər görüb. Bizim imkanlarımız, resurslarımız imkan verir ki, problemləri həll edək. Lakin bəzən bizdən asılı olmayan bəzi problemlər onların həllinə, qarşımıza çıxan çağırışlara nail olmağa imkan vermir”.

Bütün parlament nümayəndələrini fəal olmağa çağıran B.Muradova qeyd edib ki, Azərbaycan təcrübəsinin ölkələr arasında yayılması da önəmli olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!