USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Parisdə erməni təxribatının qarşısı alınıb

Bu gün Fransanın paytaxtı Parisdə başlayan Beynəlxalq Qastronomiya Festivalında Azərbaycan da təmsil olunur. Sena çayı sahilində qurulmuş və üç gün davam edəcək tədbirdə 40 ölkə iştirak edir. 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, Beynəlxalq Qastronomiya Günlərində azərbaycanlıları təmsil edən Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi və Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, tədbirə hazırlıq işləri zamanı ermənilər növbəti dəfə təxribata əl atıb.

Belə ki, şəhərcikdə qurulan Ermənistan çadırında bu ölkə ilə yanaşı, Dağlıq Qarabağ separatçılarının bayrağı da asılıb. Lakin Azərbaycan diaspor rəhbərinin məsələyə müdaxiləsindən sonra təxribatın qarşısı alınıb və sözügedən bayraq endirilib.

Qeyd edək ki, Beynəlxalq Qastronomiya Günlərində Paris sakinləri, o cümlədən dünyanın müxtəlif bölgələrindən gəlmiş turistlər Azərbaycan çadırında zəngin mədəni irsimizdən nümunələrlə tanış ola biləcəklər. Tədbirdə Azərbaycan mətbəxindən isti yeməklər, şirniyyatlar, içkilər sərgilənəcək, onların dequstasiyası və satışı təşkil olunacaq. Bununla yanaşı süfrə mədəniyyəti, tariximizi əks etdirən əl işləri, milli sənətkarlıq nümunələri, geyim və bəzək əşyaları nümayişi olunacaq və musiqilərimiz səsləndiriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!