USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi olacaq

28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgisi keçiriləcək. “Beauty Azerbaijan” sərgisi bu sahənin mütəxəssislərini, kosmetik vasitələrin istehsalçılarını və distribütorlarını öz meydançasında bir araya gətirir.

ASAN Radio xəbər verir ki, sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Iteca Caspian  və onun Böyük Britaniyalı tərəfdaşı olan “ITE Group” şirkətləri çıxış edirlər. 

Bu il sərgidə Azərbaycan, ABŞ, İtaliya, Koreya, Rusiya, Türkiyə, Çex Respublikası və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcəklər. “Beauty Azerbaijan 2017”  sərgisində peşəkar kosmetika, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar, dolğu (filler), mezopreparatlar və digər məhsullar təqdim ediləcək.  

Təşkilatçılar tərəfindən sərginin işgüzar proqramı çərçivəsində istehsalçı və distribütor arasında ikitərəfli görüşlər keçiriləcəkdir.

“Beauty Azerbaijan 2017”  sərgisi paralel olaraq  23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi ilə keçiriləcək.

Şirkətlər öz stendlərində ustad dərsləri (master class) keçirəcəklər. Bütün məlumat sərginin veb-saytında www.beauty.iteca.az yerləşdirilib.

ASAN Radio sərgilərə media dəstəyi verir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!