USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Erməni deputat: "Bakıda təhlükəsizliyimizlə bağlı narahatlığımız yoxdur"

"Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram".

ASAN Radionun məlumatına görə, bunu “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Ermənistan parlamentinin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.

O, tətillərini Bakıda keçirdiyini bildirib: "Burada evimiz var idi. Bilirdim ki, hara gəlirəm. Şadam ki, azərbaycanlı həmkarlarım konfransın Bakıda keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Belə bir məsələ parlament və ya siyasi gündəlikdə yoxdursa, Azərbaycana gəlmək üçün başqa şans tapmaq çox çətindir".

Erməni deputatın sözlərinə görə, Bakıya gəlmələri ilə bağlı məsələlər "Avronest"in katibliyi və Azərbaycanın "Avronest"dəki katibliyi tərəfindən operativ həllini tapıb: "Gürcüstan-Azərbaycan sərhədində texniki problemlər oldu. İnanmırdılar ki, biz Bakıya gedirik. Amma həll olundu. Mən əminəm ki, bunlar siyasi motivli deyildi. Daha çox onunla bağlı idi ki, Ermənistan nümayəndə heyətinin Azərbaycana periodik səfərləri olmur. Münaqişə nəticəsində ölkələrimiz arasında ünsiyyət intensivliyi yoxdur".

Armen Aşotyan təhlükəsizlik məsələlərinin onları narahat etmədiyini bildirib.

"Biz ona görə gəldik ki, "Avronest" bizim üçün vacib platformadır. Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşır. Həm də ona görə gəldik ki, avropalı deputatların burada olmasından istifadə edilərək, belə bir tədbirdən təbliğat və antiErmənistan ritorikası üçün istifadə oluna bilərdi. Təəssüf ki, bəzi çıxışlarda belə ritorikalar oldu. Ancaq nəzərə almaq lazımdı ki, biz bura Dağlıq Qarabağ məsələsini müzakirə etməyə gəlməmişik", - deyə o vurğulayıb.

Erməni deputat Şuşada olduğunu, orada məscidə baş çəkdiyini də deyib: "Bilirəm ki, iranlı memarlar məscidin rekonstruksiyasında Ermənistanın müvafiq institutlarına kömək edirlər. Çünki məscidin buna ehtiyacı var".

A. Aşotyan Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində yeganə legitim formatın Minsk qrupu olduğunu da bildirib: "Bu çərçivədə danışıqlar aparılır. Təəssüf ki, ötən il Azərbaycan tərəfindən aprelində hərbi əməliyyatların yenilənməsi ilə bu proses pozuldu.  Bu gün Minsk qrupunun fəaliyyəti tərəflər arasında etimadın bərpasına yönəlib. Bilirsiniz ki, Vyana və Sankt-Peterburq görüşlərində belə bir qərar verildi ki, ATƏT-in monitorinq missiyasının mandatı genişləndirilməli, təmas xəttində insidentlərin araşdırılması mexanizmi işə salınmalıdır. Yalnız etimad atmosferi yaratmaqla danışıqların növbəti raunduna keçmək olar. Qarabağ məsələsi sülh yolu ilə, beynəlxalq ictimaiyyətin təhlükəsizlik zəmanəti, xalqların öz müqəddəratını təyin etmək hüququ və ərazi bütövlüyü çərçivəsində həll  olunmalıdır. Bu prinsiplər danışıqlar masasında olmalıdır, necə ki, indiyə kimi də olub. Hazırda bütün tərəflərin bu prosesdə müvafiq addımlar atılacağına dair razılaşmadan imtina etməmələri vacibdir".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!